Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinin rəhbəri Zaur Mikayılovun digər bir qudası Əsəd Şirinovu da özünə müşavir, digər qudası Fuad Quliyevi qurumun Aparat rəhbəri təyin edib. Qanun buna yol verir. Çünki quda yaxın qohum sayılmır. Ona görə də bu, ailədaxili məsələdir, xahiş edirəm, qarışmayın, qoyun kişi qudalarını başına yığıb, işləsin, əsəbiləşəndə xalqın suyundan doyunca içib, sakitləşsinlər. Baxma da, qudalar bəlkə oddur – onların yanğısını ancaq xalqın suyu ilə söndürmək olar.
Amma diqqət və təəccüb yaradan başqa məqamdır. Bununla bağlı cumhuriyyet.net bildirir ki, Zaur müəllimin qudası Fuad Quliyev Azərbaycan tarixinə və Ginnessin rekordlar kitabına düşəsi adamdır. Onun tərcümeyi halında yazılıb ki, 1977-ci ildə anadan olan bu şəxs 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasında işləyib. 13 yaşında Akademiyada işləyən məmura qızıldan büst qoymaq lazımdır, belə qudanın qədrin bil, Zaur müəllim.